VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ali məktəblərə qəbulda test üsulu ləğv oluna bilər. Əvəzində isə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə əsasən aparıla bilər.
 
BAKU.WS xəbər verir ki, son vaxtlar abituriyentləri maraqlandıran bu məsələyə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının Sədri Məleykə Abbaszadə xəzərxəbər-ə müsahibəsində aydınlıq gətirib. TQDK sədri buraxılış imtahanında fənlərin artırılmasından da danışıb.

Ali məktəblərə qəbul imtahanlarının test üsulu aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Xəzər Xəzər”ə açıqlamasında bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.

Əgər hüquqi bir qərar verilsə şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir.

Buraxılış imtahanında qaydalar da sərtləşdirilib. Əvvəllər xarici dil imtahanından 3 qiyməti almaq üçün 6 suala doğru cavab vermək kifayət idisə bu il şagirdlər minimum 7 doğru cavab verməlidirlər.

Ali məktəblərə mövcud qəbul imtahanında isə variantların sayı da artırıla bilər. Çünki, yeni istifadə olunan çap texnologiyası hər abituriyentə individual test kitabçası hazırlamağa imkan verir.

BAKU.WS