SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyyatlarının həcmi açıqlanıb.
 
BAKU.WS-in AMB-yə istinadla verdiyi məlumata görə, 2016-cı il fevralın ayının 1-ə baş bankın sərəncamında 4 mlrd. 398 mln. 500 min dollar qalıb. Dekabr ayı ilə müqayisədə yanvarda AMB-in valyuta ehtiyatları 618,2 mln. dollar azalıb.
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyyatları sonuncu dəfə 2008-ci ilin may ayında bu səviyyəyə enmişdi. AMB-nin fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.

Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:

dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
nağd pul dövriyyəsini təşkil edir;
pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir.

BAKU.WS