VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bütün arzularımı, ümidlərimi gözümdə qoydu”. Bu sözləri şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva deyib.
 
Zakir 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. O 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb.
 
Fevralın 27-də Zakirin və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i isə Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.
 
BAKU.WS azxeber.com-un şəhidin evindən hazırladığı reportajı təqdim edir:
BAKU.WS
VİDEO