SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Qurban Əhmədov Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev faktı "Report"a təsdiqləyib.
BAKU.WS