VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

BAKU.WS xəbər verir ki, həftənin açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın ilk yarısı meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 45+2-ci dəqiqədə Dani Kintana fərqlənib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Mahir Emreli vurub - 2:0.

Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan "Qarabağ" xalını 18-ə çatdırıb və 100 faizlik nəticə ilə liderliyini bir qədər də möhkəmləndirib. "Sumqayıt" isə 6 xalla 5-ci yerdədir.

Qeyd edək ki, turun qalan 3 oyunu istirahət günlərində keçiriləcək. Şənbə günü "Qəbələ" "Neftçi"ni qəbul edəcək. Ertəsi gün isə "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları olacaq.
BAKU.WS