SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadzeyə 6:0 hesabı ilə qalib gəlib.

***
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

BAKU.WS xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionunun rəqibi ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsev olub.

Görüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 4:0.

Buna qədər isə Şərifov təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə cənubi koreyalı Minvon Seu ilə üz-üzə gəlib.
İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.

Onun 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olacaq.

Qeyd edək ki, Azərbaycanın 61 kq çəki dərəcəsində sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov da 1/8 final mərhələsində rəqibi kubalı Yovlis Bonne Rodrigesə qalib gəlib. Görüş Qvarzatilovun 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
BAKU.WS
VİDEO