VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, İtaliyanın Milan və Fransanın Lion şəhərlərində erkən başlayan iki görüşdə eyni nəticə – 1:1-lik heç-heçə qeydə alınıb.

İlk sürpriz nəticə Milanda baş verib. Çexiya çempionu olan Praqa “Slavia”sı İtaliyanın top klublarından sayılan “İnter”i öz meydançasında büdrədib. “Neradzurra” məğlubiyyətdən yalnız oyuna əlavə olunmuş səkkiz dəqiqənin içində qaça bilib. Meydana ikinci hissədə daxil olmuş Nikolo Barella 90+2-ci dəqiqədə fərqlənib.

Rusiya çempionu “Zenit” isə çətin Fransa səfərindən bir xalla dönməyi bacarıb. “Lion” isə məğlubiyyətdən hollandiyalı hücumçu Memfis Depayın penalti zərbəsindən sonra qaçıb.
BAKU.WS