SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Gəncə şəhərində keçirilən sosial eksperimentdən çəkilən video görüntü böyük marağa səbəb olub.

Belə ki, pulu olmayan və ac olan əsgər yoldan keçən polis əməkdaşlarından kömək istəyib. Polislər əvvəlcə əsgərə mobil telefonlarını verib və onun danışmağı üçün şərait yaradıblar. Daha sonra polislər ciblərində olan bütün pulu əsgərə veriblər.

BAKU.WS “unikal.org”a istinadən məlumatına görə, sözügedən görüntülərdə əsgərə yardım edən polislər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 4-cü kurs tələbələri Abuzərli Qoşqar və Sulxayzadə Tacirdir.

Onlar həmin vaxtı Gəncə Baş Polis İdarəsində praktikada olublar.

Sözügedən görüntülərdən sonra Gəncə Baş Polis İdarəsinin rəhbərliyi Abuzərli Qoşqar və Sulxayzadə Tacirə göstərdikləri nümunəvi hərəkətə görə, şəxsi heyətin və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun adından təşəkkür ediblər. Bizim kursantlar da göstərilən diqqətə görə, razılıqların bildiriblər.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov faktı təsdiqləyib.
BAKU.WS
VİDEO