SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

BAKU.WS xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan ikihəftəlik fasilədən sonrakı turun matçları iki günü əhatə edəcək.

İlk oyun gününə Sumqayıtda start veriləcək. Autsayderlər qrupunda yer alan “Sumqayıt” iki matçda uduzmayan "Zirə" ilə qarşılaşacaq. Həmçinin son iki pillənin sahibi olan komandalar “Bank Respublika Arena”da görüşəcəklər.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Bütün ölkə çempionatlarında iştirak edən iki klub – “Neftçi” və “Qarabağ” sonuncuların meydanında görüşəcək.

Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)

“Sumqayıt” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena”, 18:00

“Sabah” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 20:00

15 sentyabr (bazar)

“Keşlə” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30
BAKU.WS