SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarışıq döyüş növlərinin (MMA) UFC 242 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Dastin Porye arasında döyüş keçirilib.

BAKU.WS xəbər verir ki, peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə edib.

O, üçüncü raunda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, 2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəmərini qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır.
BAKU.WS
VİDEO