VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz sakini "jiquli" markalı avtomobilinin interyerini tamamilə dəyişdirərək, tam komfortlu bir maşın düzəldib. Faiq Miyani bu avtomobili "səyyar ev" adlandırır. O , bu maşınla taksiçilik etdiyindən onunla getmək istəyənlərin sayı kifayət qədər çoxdur. Bəs avtomobildə nələr var?

Kənardan baxanda adi avtomobildir, ancaq içərisinə baxanda fikirlər dəyişir.

Taksi kimi fəaliyyət göstərən bu maşının interyeri tamamilə dəyişdirilib. Tovuz sakini Faiq Miyani VAZ 21-07 markalı avtomobilinin ön oturacağını ləğv edib və əvəzində mini mətbəx düzəldib.

Tovuz küçələrində şütüyən bu avtomobilə sakinlər "VİP taksi" adını veriblər. Yalnız sifarişlə sərnişin daşıyan sürücü, müştəri məmuniyyəti üçün təklif etdiyi xidmətlər üçün gedişhaqqından əlavə ödəniş tələb etmir.

Avtomobilin özəllikləri bununla bitmir.

Faiq Miyani avtomobilində yaratdığı rahatlıqla bərabər, səmimi söhbət və gülməli lətifələləri ilə də müştərini mənzil başına çatanadək yorulmağa qoymur...

Avtomobilinə "səyyar ev" adı verən sürücünün ən böyük arzusu bu maşınla dünya turuna çıxmaqdır.
BAKU.WS
VİDEO