SİZİN REKLAM BURADA!
055 213 76 73


Belarusda siyasi fikir ayrılığı getdikcə güclənir.

BAKU.WS xəbər verir ki, siyasi analitiklər ölkənin getdikcə Qərbə daha çox etibar etməyə başladığını və Rusiyada bir ümid görmədiyini bildirirlər.

Bu səbəbdən artıq ölkə prezidenti Aleksandr Lukaşenkonun siyasi xəttə uyğun gəlmədiyi qeyd edilir.

Artıq onun yerinə gələ biləcək namizədin adı da məlumdur. İddialara görə, növbəti prezident seçkilərində sabiq Xarici İşlər naziri Vladimir Makey namizədliyini irəli sürəcək. Hazırda onu Qərb siyasətinə ən uyğun şəxs kimi görürlər.

Qeyd edək ki, son zamanlar Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri də pisləşib. Beynəlxalq konfranslardan bir neçə dəfə onların mübahisəsi düşmüşdü.

BAKU.WS