VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyada parlamentin iclası zamanı spiker uşağa dayəlik edib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Kadrlardan görünür ki, parlament spikeri Trevor Mallard yeni doğulmuş uşağı dizləri üstündə saxlayıb. O, iclas zamanı körpə ilə oynayıb və şüşə qabdan ona süd verib.

Parlament spikeri bunu həmkarı Tamati Koffeyə yardım məqsədilə edib. Həmkarı nitq söyləyərkən spiker onun uşağına baxıb.
 
Kadrların ictimailəşməsi həm spiker, həm də onun valideyninə qarşı böyük rəğbət yaradıb.
BAKU.WS
VİDEO