055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə o, Livanın "əl-Məyadin" kanalına müsahibə verib.
"19 iyul, 12 və 20 avqust tarixlərində İraq ərazisindəki mövqelərə zərbə endirən İsrail pilotsuz təyyarələri Azərbaycandakı bazadan havaya qalxıb",-deyə Əbu Mehdi əl-Mühəndis qeyd edib.
Buna qədər KİV-də İsrailin Azərbaycandakı hərbi aerodromlardan istifadə etməsi barədə məlumat getsə də, nə rəsmi Bakı, nə də Təl-Əviv bu məlumatı təsdiq etməyib. Məsələyə münasibət öyrənmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən BAKU.WS-ə edilən açıqlamada iddiaların əsassız olması və həqiqəti əks etdirməməsi qeyd olunub:
"Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb".
Orxan Hüseyn
BAKU.WS
VİDEO