SİZİN REKLAM BURADA!
055 213 76 73


12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bayram ərəfəsində oxucuları narahat edən bəzi suallara aydınlıq gətirəcəyik. 

BAKU.WS xəbər verir ki, Qurban kəsib-kəsdirəcək hər bir şəxsin bilmək istədiyi məsələrdən biri də, qurbanlıq heyvanın dişi və ya erkək olmasıdır. Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvür yəqin ki, ilk növbədə həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır. Lakin dişi heyvanın kəsilməsinin heç bir problemi yoxdur. 

Şərikli halda qurban kəsmək olarmı?

Həcc ziyarəti zamanı Məkkədəki zəvvarlara qurban kəsdirmək vacib şərtdir. Yalnız son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar.
 
Göstərilən bu şərtlər həcc mərasimi zamanı qurban kəsənlərə aiddir. Öz vətənində olan və həcdə olmayanlar üçün qurban vacib deyil, müstəhəbdir. Buna görə də, Qurban bayramı günü şərikli qurban kəsmək qadağan deyil. Təklikdə qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma imkan varsa, təklikdə kəsmələri daha yaxşıdır.

Qurban kəsərkən hansı duaları oxumaq tələb edilir?

Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, “bismillah” demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir. 

Orxan Hüseyn
BAKU.WS