055 213 76 73
O, BAKU.WS-ə açıqlamasında deyib ki, özü də axtarış yerinə dəvət olunub: “Xəbər almışıq, hadisə yerinə gedirik. Ətraflı məlumata malik deyiləm. Yəqin ki, nəsə var ki, çağırıblar. Məni Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının rəsmisi Siyəzən rayonunun Zarat kəndinin ətrafında qurulmuş axtarış mərkəzinə dəvət ediblər”.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda deyilir ki, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Orxan Hüseyn
BAKU.WS