SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda daha bir mötəbər yarış – XV Avropa Gənclər Olimpiya Festivalı başlayır.

BAKU.WS
xəbər verir ki, bu gün saat 09:00-da oyunlara start verilir.

Yarışların ilk günü iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub.

İlk yarış Bakı Tennis Akademiyasında gerçəkləşəcək. Burada dörd idmançımız – iki oğlan və iki qiz tennisçimiz mübarizəyə qoşulacaq.

Tennis (fərdi oyunlar)

09:00 – 17:00

Alina Hüseynova, Polina Drobişova, Kənan Qasımov, Tamerlan Əzizov.

Güləş üzrə də dörd idmançı ilə mübarizəyə start veriləcək. Heydər Əliyev adına İdman Sarayında iki sərbəst və iki yunan-Roma güləşi üzrə idmançımız ilk qızıl medalı qazanmağa çalışacaq.

Güləş (ilkin mərhələ)

10:30 – 13:30

Sərbəst güləş: Murad Haqverdiyev (-45 kq), Əbülfəz Nəsirov (-55 kq);

Yunan-Roma güləşi: Fərid Sadıxlı (-45 kq), Nihat Məmmədli (-55 kq)

Güləş (Final mərhələsi)

16:00 – 17:30

Beləliklə, ilk gündə dörd medal dəstinin (dörd qızıl, dörd gümüş və səkkiz bürünc) sahibinə aydınlıq gələcək.

Qeyd edək ki, iyulun 21-27-də baş tutacaq XV Avropa Gənclər Olimpiya Festivalı 12 idman obyektində keçirilir.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edir. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar.

Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edir.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayırlar.
BAKU.WS