VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakinin Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Royal Petrol" yanacaq doldurma məntəqəsində 45 litr yanacaq tutumu olan "Toyota Prius" (2008) modelinə 47 litr benzin vurulması ilə bağlı iddiasına qarşı tərəfdən açıqlama gəlib. 

"Royal Petrol" YD-nin nümayəndəsi Mustafayev Azər BAKU.WS-ə açıqlamasında, İlkin Əsədovun səsləndirdiyi ittihamların qərəzli olduğunu bildirib:

"O vətəndaşın söylədikləri təmamilə yalandır. Həmin şəxs bizə qarşı qərəzli mövqe nümayiş etdirir. Bu uydurma faktı bizə qarşı istifadə etmək istəyir. Biz 27 ildir paytaxtın mərkəzində fəaliyyət göstəririk və fəaliyyətimiz göz önündədir. 

Bizim bütün aparatlarıımız, cihazlarımız İnternet vasitəsilə Vergilər Nazirliyinə qoşuludur. Mən ona təqdim etdiyim qəbzin və onun avtomobilinə vurulan 47 litr benzinin arxasında dayanıram. Bəli, onun avtomobilinin çəni 45 litr tutur, amma onu ağzına qədər dolduranda, yəni çəni avtomobilə birləşdirən və yanacağın avtomobilə ötürüldüyü borularda həmin 2 litr itir. Əslində itmir, avtomobil həmin 2 litr benzini də istifadə edir. Yəni bizim YDM-dən o avtomobilə həqiqətən də 47 litr vurulub. 

O şəxsin "mənim maşınımda 10-15 litr benzin vardı" sözləri də inandırıcı deyil. Heç kim onun çənində o benzini görməyib. Əgər avtomobilinin çənində dediyi qədər benzin olsaydı, onu da çəkib sizə göndərərdi. Deyir ki, mən benzinsiz Yanacaq Doldurma Məntəqəsinə necə gedə bilərəm? Onda hibrid avtomobildir. Qərəzi elə bunda bilinir ki, hibrid maşınla gəlib. Yolda benzini qurtardığı halda elektrik mühərriki ilə avtomobili hərəkət etdirib və YDM-nə gələ bilər".

A.Mustafayev onlara qarşı qərəz nümayiş etdirdiyinə görə İ.Əsədovu məhkəməyə verəcəklərini qeyd etdi:

"Bizə qarşı işlətdiyi sərt ifadələrə görə, İlkin Əsədovla bağlı ölçü götürəcəyik. Əlbəttə ki, qanun çərçivəsində. Ondan hüquq-mühafizə orqanlarına şikayət etməyi qərara almışıq".

***2019-07-19 17:55

Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Royal Petrol" yanacaq doldurma məntəqəsində 45 litr yanacaq tutumu olan "Toyuta Prius" (2008) modelinə 47 litr benzin vurulub. 

Paytaxt sakini İlkin Əsədov BAKU.WS-ə ünvanladığı şikayətində bildirir ki, sözügedən yanacaq doldurma məntəqəsində aldadılıb. 

"10-15 litr yanacaqla məntəqəyə girmişəm, deyirlər ki, 45 litrlik çənə 47 litr benzin vurublar! Bu vicdansızlığın cəzası nədir? Dərdimizi kimə deyək? Göz görə-görə oğurluqdur, cibgirlikdir. Xahis edirəm dəstək olun, tədbir görülsün!"-yazaraq, oxucumuz bizdən kömək istəyib.

Oxucumuz bu gün - 19.07.2019 tarixində saat 14:30-da aldadıldığını və bunu sübut edən qəbzin mövcud olduğunu deyir. 

Qeyd edək ki, "Toyota Prius" avtomobilinin əksər modellərində yanacaq tutumu maksimum 45 litrdir.

"Royal Petrol" yanacaq doldurma məntəqəsinin səlahiyyətli şəxslərindən məsələyə münasibət öyrənmək istəsək də, cəhdimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO

QALEREYA