VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqiblərini məğlub edən “Neftçi” və “Qəbələ”nin növbəti rəqibləri müəyyənləşib.

BAKU.WS xəbər verir ki, “Qəbələ” Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq.

İlk oyun iyulun 25-də Qəbələ şəhər stadionunda oynanılacaq. Görüş saat 19:00-da başalayacaq. Avqustun 1-də Tbilisidə keçiriləcək qarşılaşmanın isə saatı hələlik açıqlanmayıb.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

“Neftçi” isə Ukraynanın “Arsenal” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 25-də Tulada Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Avqustun 1-də Bakıda olacaq cavab görüşünün vaxtı isə hələlik açıqlanmayıb.
BAKU.WS