VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində baş verən faciə ilə bağlı yeni faktlar üzə çıxıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Pirşağı qəsəbəsində qeyri çimərlik ərazisində 4 nəfər çimərkən boğulma təhlükəsilə üzləşib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilər 3 nəfərin həyatını xilas ediblər.

Lakin 19 yaşlı bir gənc boğularaq ölüb.

***10:41***

Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Onlardan birinin cəsədi tapııb. Bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.  

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Digər gəncin axtarışları davam etdirilir.
BAKU.WS
QALEREYA