SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə sərnişinlərin birinin avtobusa atdığı daş nəticəsində bir nəfər azərbaycanlı yaralanıb.

BAKU.WS-in məlumatına görə, hadisə Antalyanın Manavgat rayonunda baş verib. Sərnişinlərdən biri sürücü ilə aralarında yaranan problem səbəbindən avtobusun ön şüşəsini daşlayıb.

Atılan daşlardan biri Azərbaycan vətəndaşı Murad Quliyevin başına dəyib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.
BAKU.WS