SİZİN REKLAM BURADA!
055 213 76 73


Valideynləri tərəfindən tərk edilən uşaqlara fiziki qüsurlu xanım Aynurə Xudiyeva sahib çıxıb.

BAKU.WS xəbər verir ki, 4 ildir kimsəsiz və xəstələrə yardım edən Aynurə Xudiyeva Sabunçu rayonu, Ramana qəsəbəsində öz hesabına sığınacaq mərkəzi yaradıb.

O deyir ki, 18 yaşına qədər kimsəsiz və fiziki qüsurlu şəxslər bu sığınacağa müraciət edə bilərlər. Artıq həmin sığınacağa iki azyaşlı qız yerləşdirilib:

“Bizim sığınacağımızda valideyn himayəsindən məhrum olmuş uşaqlar qalacaq. Biz onları müvəqqəti saxlamayacağıq. Onları 18 yaşına qədər saxayacağıq, daha sonra peşə təhsillə təmin edib həyata hazırlayacağıq”.

Məlumat üçün bildirək ki, A.Xudiyeva 19 yaşında üçüncü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Həkimlər onu bir neçə il ərzində 28 dəfə əməliyyat ediblər. Sonuncu əməliyyata girərkən isə sağ çıxma şansının olmadığını eşidib.

“Sağ qalaramsa ömür boyu kimsəsiz uşaqlara xidmət edəcəyəm” deyən Aynurənin növbəti əməliyyatı uğurlar keçib. O, araba ilə hərəkət etmək imkanı qazanıb. Bundan sonra arzusunda olduğu sığınacağı yaradıb.
BAKU.WS
VİDEO