SİZİN REKLAM BURADA!
055 213 76 73


19 dekabr 2016-cı ildə Rusiyanın Ankaradakı səfirini Adnrey Karlovun güllələnməsi ilə bağlı görüntünün TRT-də yayımlanması ilə bağlı aparılan istintaq çərçivəsində kanalda əməliyyat keçirilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüntüdə sui-qəsd anı ilə yanaşı cinayəti törədən Mövlud Mərd Altıntaşın söylədiyi fikirlər də yer almışdı.

Bu səbəbdən Ankara Cümhuriyyət Baş Prokurorluğu TRT-nin 6 əməkdaşının saxlanılması barədə qərar verib.

Onlar FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilirlər.

Fərid ƏDALƏT
BAKU.WS