SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadın alt paltarları oğurlayan manyak peyda olub.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Şikayət paytaxtın Xətai rayonu sakinindən edilib. Bildirilir ki, Xudu Məmmədov küçəsi 25 ünvanında, “Modern” idman əyləncə mərkəzinin yaxınlığında yaşayan sakinlərindən edilib.

Orada peyda olan orta yaşlı kişi zivələrdən qadın alt paltarlarını oğurlayır. Onun görüntüləri müşahidə kameralarını düşüb. Görüntülərdən də, göründüyü kimi kişi ipdən asılan paltarların heç birinə dəymir. Yalnız qadın alt paltarlarını götürür.

Şikayət edən vətəndaş həmin şəxs barədə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə də müraciət ediblər.
BAKU.WS
VİDEO