SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” dördüncü transferini rəsmiləşdirib. 

BAKU.WS kluba istinadən xəbər verir ki, Ağdam təmsilçisi Seneqal əsilli fransalı Maqaye Queyeni heyətinə qatıb.

29 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, Azərbaycan çempionunun heyətində 99 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, karyerası ərzində “Strasburq”, “Brest” (hər ikisi Fransa), “Everton”, “Miluoll” (hər ikisi İngiltərə) və “Adanaspor”da oynayan hücumçnun son klubu “Osmanlıspor” olub.

Qeyd edək ki, “Qarabağ” bu yay braziliyalı müdafiəçi Ailton Silva, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu transfer edib.
BAKU.WS
VİDEO

QALEREYA