VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reper Aslixan və DJ Çinanın yeni "Güc mənəm" mahnısı Youtube kanalında trendə düşüb.

Artıq neçə vaxtdır trendə düşən mahnılar cəmiyyətdə aqressiyaya səbəb olur. Bəziləri cəmiyyətin keyfiyyətli işə marağı olmadığını deyir. Aslixanla DJ Çina isə yeni layihələri ilə bu fikrin əksini sübut etdi.

BAKU.WS məlumat verir ki, layihənin rəhbəri Çingiz Mustafayevdir (DJ China). Klipin rejissorluğunu Fərman Bəşirli edib. 

Kliplə bağlı BAKU.WS-ə açıqlama verən DJ Çina layihənin davamlı olduğunu bildirib:

"Bu Aslixanla mənim bir yerdə işlədiyimiz və mənim musiqi prodüsseri olduğum ilk layihədir. Bu layihə bir növ özümüzü yoxlamaq üçün idi. Görək necə bir iş alınır. Yüklədiyimiz vaxtdan 1 saat sonra klip youtube kanalında trendə düşdü. Bu çox az hallarda baş verir. Artıq iki gündür biz 18-ci yerdəyik. Proyekt davamlıdır və bu mahnı başlanğıcdır. Biz dayanmadan çalışırıq və yayın sonuna kimi 3 layihə təqdim edəcəyik.

Bizim işlərimiz plagiyat deyil. Bəziləri baxış sayına müdaxilələr edir. Biz heç klipi reklama da qoymamışıq və bu real baxış sayıdır. Bu hər kəsə məlumdur ki, biz o klipi yarım milyon izlənməyə çatdıra bilərik. Lakin bunu istəmirik. Qoy yüz min insan izləsin, amma bilək ki həmin adamlar real insanlardır". 

Əslixan və DJ Çina keyfiyyətsiz iş görənlərə və insanların zövqünü korlayanlara da sözlərini deyib, güclərini göstərməyi bacardı.

"Mahnının ikinci hissəsində biz sözümüzü dedik. Kim öz üzərinə nə götürmək istəyirsə, götürəcək. Deyilən hər sözün yiyəsi var. Mən də hazırda Azərbaycanda fəaliyyət göstərən saxta dj-lərə bu layihə vasitəsilə sözümü çatdırmaq istədim. "Mashup"luq DJ demək deyil. DJ odur ki, layihəni sıfırdan yaratsın. Son vaxtlar DJ-lər çıxır özündən çox böyük-böyük danışır. Hazır mahnıları birləşdirib, onu öz işin kimi təqdim etmək nə vaxtdan iş sayılır? Mən bunu DJ-lik saymıram", - deyə DJ Çina bildirib.   

DJ Çina kiməsə və nəyəsə görə yox, işlərinin keyfiyyətinə görə, trendə düşməyin daha vacib olduğunu qeyd edib: 

"Mən məşhur sənət adamları ilə dostam. Bu işi onlarla da görmək olardı. Lakin mən Aslixanı xüsusilə seçdim ki, sabah deməsinlər ki, filankəsə görə trend olub. Layihələrin davamı Aslixanla birlikdə olacaq. 1 həftə sonra isə Nadir Nəğdpulla birlikdə yeni layihə ilə bizi görəcəksiniz".
BAKU.WS
VİDEO