SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabadda 24 yaşlı qız itkin düşüb.

BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, Cəlilabad rayonunun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Həbibova Aytəkin Qəzənfər qızı 16.12.2018-ci il tarixində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Onun əlamətləri: boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qara, subaydır.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İlham Məmmədov
BAKU.WS
QALEREYA