SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliyada maraqlı hadisə baş verib.

BAKU.WS “The Guardian”a istinadən xəbər verir ki, supermarketlərin birində yuyucu toz əvəzinə narkotik vasitə satırmışlar.

Hadisə San-Pauluda qeydə alınıb. Polis görüb ki, supermarketə girən insanlar qısa zamanda eyni yuyucu tozdan qutu-qutu daşıyırlar.

Aparılan axtarış əməliyyatı nəticəsində 50 kiloqram narkotik vasitə olan kokain aşkarlanıb.

İlkin ehtimala görə, market sahibi narkotik vasitələrin alverilə məşğul olurmuş.

Yuyucu tozların qutusunda gətirdiyi kokainlər də səhvən piştaxtalara qoyulub.
BAKU.WS
QALEREYA