VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

BAKU.WS xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "report"a verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq və saat 01:31-də maksimum həddə olacaq.

Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.
BAKU.WS