VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kişi öz boğazını kəsib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı “oxu.az”a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər.

Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.

İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib.

Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin “Boğuluram!” - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.

R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub.

O, “8-ci kilometr” bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil.

Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir.
BAKU.WS