SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənubi Afrikanın paytaxtı Keyptaunda son bir neçə gündə silahlı basqınların sayı artıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslərin şəhərin Filippi bölgəsində həyata keçirdiyi hücumlar nəticəsində 43 nəfər ölüb.

Çox sayda isə yaralı var.

Atışmalarla əlaqədar 143 nəfər saxlanılıb.

Silahlı insidentlərin hansı qruplaşmalar arasında düşdüyü hələlik məlum deyil.
BAKU.WS