SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kv.m sahədə yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

***08:18
Sabirabad rayonunda bazarda başlayan yanğın şiddətlənib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər. Qeyd edilir ki, hələlik alovu ram etmək mümkün olmayıb. Əksinə yanğın daha da genişlənib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xiddmətindən BAKU.WS-ə bildirilib ki, hazirda yanğının söndürülməsi üçün yanğınsöndürənlər əllərindən gələni edirlər.

“Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir”, - deyə bildirilib.

***07:55
Bu gün səhər saatlarında Sabirabad rayonunda yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə hadisənin görüntülərini göndəriblər.

Bildirilir ki, yanğın rayonun mərkəzindəki bazarda qeydə alınıb.

Topdansatış mağazasında başlayan yanğın digər dükanlara da yayılmağa başlayıb. Əraziyə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğının söndürülməsinə çalışırlar.

Hadisə zamanı sahibkarlara zərər dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan yoxdur.

Əraziyə rayon icra başçısı, fövqəladə hallar komissiyasının sədri və digər səlahiyyətli şəxslər də gəliblər.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

VİDEO