SİZİN REKLAM BURADA!
055 213 76 73


Görəsən ilboyu toydan girib, şou-proqramdan çıxan məşhurlar yay istirahəti üçün nə qədər pul ayırıb? Şou sakinləri bu yay harada dincələcək?

BAKU.WS
xəbər verir ki, "ATV Maqazin onlarla" proqramı mövzu ilə bağlı məşhurlar arasında sorğu keçirib. 

Mətanət Əsədova hələ harada və necə dincələcəyini dəqiqləşdirməyib. Heç vaxt istirahətə vaxtı olmadığını qeyd edən Hacı Nuran isə bu barədə heç vaxt fikirləşmədiyini bildirib.

Lalə Məmmədova 10 günlük Bodrum və Gürcüstana, Məleykə Əsədova ay yarımlıq Avropaya, Mətanət İskəndərli İtaliyaya, Sevda Yəhyayeva İzmirə ya da Kiyevə yollanacağını deyib. 

Sorğuda qiymət açıqlayanlar da oldu, pul adı eşidib söhbətdən yayınanlar da. Yalnız ailəsi ilə birlikdə Antalyada dincələcəyini deyən rəqqasə Renka bu istirahətin 10 min dollara başa gələcəyini açıqlayıb.

Elza Seyidcahan isə 1 manat xərcələmədən istirahət etdiyini etiraf edib.

Aysel
BAKU.WS
VİDEO