VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıya gətirilən yeni avtomobil modellərindən biri ilə bağlı maraqlı ajiotaj yaranıb. Keçən ilin dekabr ayından Azərbaycana idxal olunmağa başlayan Volkswagen-in Yeni Touareg modeli artıq şəhərimizdə sıx-sıx görünməyə başlayır. Lakin avtomobil əldə etmək istəyənlər, daha ətraflı məlumat almaq istəyənlər avtosalonda həmin modelə rast gələ bilmir.

BAKU.WS
bunun səbəbini araşdırmaq üçün Volkswagen Bakı Mərkəzi ilə əlaqə saxlayıb.

Mərkəzin rəsmisi Samir Qədirovun verdiyi məlumata əsasən, Yeni Touareg modeli nəinki ölkə, bütün dünya bazarlarında böyük maraq və diqqətlə qarşılandığından avtomobil modelinə nəzərdə tutulandan dəfələrlə böyük tələbat var. Azərbaycana həmin model üzrə ayrılan kvotanı dəfələrlə keçməyimizə baxmayaraq, müştərilərin həmin avtomobilə marağı və istəyi bitmir. 
Avtomobillər sifariş verilən kimi, hələ istehsalda və ya ölkəyə gətirilərkən yolda olduğu zaman artıq behlənib alınır, avtosalona çox nadir hallarda daxil olur. Avtomobil modelinin bizim region üçün istehsal olunmağa başlamasının və ölkəyə idxalının cəmi 6 aydır başlamasına baxmayaraq artıq Azərbaycana düşən illik kvotanın 2 qatı miqdarında avtomobil satılmışdır. Hal-hazırda da avtosalonda həmin modeli təqdim etmək üçün avtomobilimiz yoxdur.


Səbəbini araşdırdıqda görürük ki, Yeni Touareg avtomobili premium seqmentdə olan bütün alternativlərindən həm dizayn, eksteryer və interyer göstəricilərinə görə, həm də ən müasir və innovativ texniki təchizatı və funskiyalarına görə irəlidədir. Qiyməti isə rəqibləri ilə müqayisədə daha münasib olduğundan premium kateqoriya sürücülərin ilk seçimi məhz Yeni Touareg ilə tanış olmaq olur.


Azərbaycan avtomobil bazarının SUV orientasiyalı olması, qiymət və keyfiyyət balansında isə belə xarakteristikaların Volkswagen istehsalçıları tərəfindən təqdim olunması avtomobil modeli ətrafında sözügedən səs-küyün və ajiotajın səbəblərindəndir. Bir sıra müstəqil xarici video bloqlarda və avtomobil forumlarında Yeni Touareg modelinin birbaşa nümunədə rəqib avtomobillərdən üstün olması görüntüləri isə həmin avtomobilə həm də yüksək etimadı yaratmış olur.
BAKU.WS