VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Kostanay şəhərinin regional uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov dünyasını dəyişib.

BAKU.WS “Astana TV”yə istinadən xəbər verir ki, ötən ayın 28-də Namiq Şirinov futbol oynayarkən üzərinə dəmir darvaza aşıb.

Ağır vəziyyətə xəstəxanaya yerləşdirilən yeniyetmə 5 dəfə əməliyyat olunub. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Onun meyitinin Azərbaycana göndərilməsi planlaşdırılır.
BAKU.WS
VİDEO