SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova dünyasını dəyişib.

BAKU.WS
xəbər verir ki, E.Hidayətova 62 yaşında vəfat edib.

Qeyd edək ki, aktrisa Elmira Xaliq qızı Hidayətova 8 fevral 1957-ci ildə Bakıda anadan olub. O, “O olmasın, bu olsun”, “Hələlik”, “Bankir adaxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət oyunu”, “Qırmızı papaq”, “Şən dul qadın”, “Əlin cibində olsun” və digər məşhur tamaşalarda çıxış edib.

Allah rəhmət eləsin!

Aysel
BAKU.WS