SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev prospekti - Hava limanı yolunda ağır qəza baş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, "Mercedes" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub. 

Qəza nəticəsində "Lexus" markalı avtomobil aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar var. 

Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları cəlb olunub. 

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Heydər Əliyev prospekti - Hava limanı yolunda tıxac yaranıb.

Bildirilir ki, tıxaca yolda baş verən nəqliyyat hadisəsi səbəb olub.

Abbas
BAKU.WS
VİDEO

QALEREYA