SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Aprel döyüşlərində şəhid olan Nurəddin Mirzəyevin qardaşı Nəcməddin Mirzəyevlə eyni döyüşdə şəhid olan Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toyu olub.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakıda keçirilən toy mərasimində millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər iştirak edib.

Bundan başqa Əməkdar artistlər Rafael İsgəndərovla Coşqun Rəhimov da toy mərasimində iştirak edənlər arasında olub.

Müdafiə naziri Zakir Həsənov bəylə gəlinə təbrik məktubu göndərməklə yanaşı, onlara qiymətli hədiyyə bəxş edib.
BAKU.WS
QALEREYA