VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlığın azaldılması, eləcə də parklanmanın düzgün idarə edilməsi istiqamətində işlər sürətləndirilir.

Bu məqsədlə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər təşkil edilmiş yüzlərlə parklanma yerini təhvil alıb.

Agentliyin sektor müdiri Mais Ağayev deyib ki, hazırda parklanma yerləri mütəxəssislər tərəfindən təhlil edilir.

Təhlillərdən sonra nəqliyyatın hərəkətinə maneə yaradan parklanma yerləri ləğv ediləcək. Bundan əlavə, parklanma yerləri ilə bağlı müxtəlif yeniliklər tətbiq ediləcək. Parkinq tariflərinə yenidən baxılacaq.

Sürücülər bildirirlər ki, hazırda paytaxtda olan parkinq yerlərinin bəziləri sıxlıq yaradır. Səbəb də onların düzgün yerdə təşkil edilməməsidir.

Bakı nəqliyyat agentliyinin hökumətə təqdim etdiyi təkliflər qəbul ediləcəyi təqdirdə hansı effekt verəcəyi maraqla gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO