SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev Fondu tərəfindən Ağdam rayonunun Evoğlu kəndində şəhid anası Qənirə Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilən fərdi yaşayış evi istifadəyə verilib.

BAKU.WS-in xəbərinə görə, üç övladı və nəvəsi şəhid olan Qənirə Əmrahova üçün inşa edilən üçotaqlı evin ümumi sahəsi 80 kvadratmetrdir.

Evin otaqları zəruri avadanlıqla təchiz edilib.

Q. Əmrahova göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
BAKU.WS