SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzun Əlibəyli kəndi düşmənlə cəmi 350 metrlik məsafədə yerləşir. İşğalçı tərəf dəfələrlə bu kəndi atəşə tutub, burada yaşayan insanları qorxu içində saxlamağa çalışıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, elə bu günlərdə taxıl biçini ilə məşğul olan Əlibəyli kənd sakini atəşə tutuldu, texnika sıradan çıxdı. Əlibəyli kəndindində erməni təxribatı illərdir davam edir.

Kənddə hansı evə baxsan, divarında, dam örtüyündə güllə yerləri görmək olar. Burada uşaqlar illərdir səhərlərini güllə səsi ilə açır gecələr isə güllə səsi ilə gözlərini yumurlar.

Artıq kənd əhali bütün bu çətinliklərə öyrəşib.

Ümumiyyətlə kəndinin əhalisi Ermənistanın təcavüzünə qarşı böyük qəhramanlıqlar göstərib. Müharibə şəraitində yaşamalarına baxmayaraq heç kim kəndi tərk etməyib.

“Ordumuza çox güvənirik.  Indi 1990-cı ilin əvvəllərindəki zaman deyil. İndi ermənilər atəşkəsi pozan kimi ordumuz onların yerində oturda bilir. Camaat hamısı öz qaydasında, elində -obasındadır”-deyə kənd sakini bildirir.

Məlumat üçün deyək ki, Qarabağ müharibəsi başlayandan bu günə kimi Əlibəyli kəndi yüzlərlə şəhid verib.
BAKU.WS
QALEREYA