SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniyalı məşqçi George Hacinin oğlu Yanis Haci Belçikanın “Genk” klubuna transfer olunub.

BAKU.WS xəbər verir ki, belçikalılar 20 yaşlı yarımmüdafiəçi üçün futbolçunun məxsus olduğu “Vitorul” klubuna 8 milyon avro ödəyib.

Onunla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, atasının futbol akademiyasında yetişən Yanis “Vitorul”dan başqa İtaliyanın “Fiorentina” klubunda da forma geyinib. 2018-ci ilin noyabrından Rumıniyanın əsas millisinə də dəvət alır.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA