VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda gecə davam edən güclü külək 15-ə yaxın ağacı aşırıb. 

BAKU.WS
qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, bu hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. Təxminən 6-7 ağac kökündən sınaraq aşıb.

Bir ağac avtomobilin üzərinə düşüb. Maşına ciddi ziyan dəyməyib.

Aşan ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür.
BAKU.WS