SİZİN REKLAM BURADA!
055 213 76 73


Kiyevdə “112. Ukrayna” televiziya kanalının binasına qumbaraatanla hücum edilib.

BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla gecə 03:40-da baş verib.

Hücum zamanı ölən və yaralanan olmayıb. Binaya isə ziyan dəyib.

Hazırda ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülür.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA