VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun namaz qıldığı, Quran oxuduğu haqda informasiyalar yayılmışdı. O, “Yeni Müsavat”a müsahibəsində ibadətlə məşğul olduğunu təsdiqlədi. Z.Məmmədov da müsahibəsində deyilənləri təkzib eləmədi və ibadətin hər bir müsəlmanın borcu olduğunu açıqladı. Onun sözlərinə görə, bütün dövrlərdə ibadət edib. Sabiq nazirin müsahibəsi ölkə gündəmində bir nömrəli müzakirə mövzusuna çevrilib. Eyni zamanda sosial şəbəkələrin Azərbaycan seqmentində Z.Məmmədovun dediklərinə reaksiyalar verilir, polemika aparılır, müxtəlif mövqelər ortaya qoyulur.

BAKU.WS
musavat.com-a istinadən xəbər verir ki, keçmiş nazirin müsahibəsi ictimai maraq doğurduğu üçün bu məsələlərə onun qardaşı, eks-deputat, hazırda Azərbaycan Texniki Universitetinin Strateji inkişaf üzrə prorektoru Elton Məmmədovun mövqeyi öyrənilib.

Həmçinin, prorektor öz fəaliyyəti, gələcək planları, ölkədəki ictimai-siyasi vəziyyət barədə danışıb. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Elton müəllim, prorektor postunda işləriniz necə gedir?


- Çox şükür, işlər öz qaydasında gedir. Təyinatdan dərhal sonra fəaliyyətimə başlamışam.

- Pedaqoji fəaliyyət sizin üçün yenidir?

- Təbii ki, yox. Mən 2007-ci ildən Azərbaycan Texniki Universitetində çalışıram. Hazırda 2018/2019 tədris ili başa çatıb. Hər il rəhbərlıik etdiyim sahələrlə yeni layihələrlə çıxış edirəm. Eyni zamanda dövlət proqramı, təhsilin strategiyası proqramı fonunda işlər həyata keçiririk. 2019-2023-cü illəri əhatə edən təhsilin inkişaf strategiyası proqramı var və bu istiqamətdə layihələr icra olunur.

- ATU-da nə qədər tələbə təhsil alır?

- Kollecləri də daxil eləsək, ümumi 12 mindən çox tələbə var.

- Mətbuatı izləyirsiniz?

- Əlbəttə izləyirəm. Gündəlik olaraq dünyada və Azərbaycanda gedən proseslər diqqət mərkəzimdədir.

- Prezidentin son təyinatları, yanvardan başladığı yeni siyasi kurs barədə nə deyə bilərsiniz?

- Mən təyinatlara münasibət bildirmək istəmirəm. Çünki prezidentin səlahiyyətində olan məsələdir. Biz qərarları şərh edə bilmərik. Dövlət başçısının addımlarına, təyinatları hörmətlə yanaşırıq.

- Parlament seçkilərinə bir il qalıb, yenidən deputatlığa namizəd olmağı fikirləşirsinizmi?

- Bunu zaman göstərər. Mən indidən deyə bilmərəm ki, seçkidə iştirak edəcəyəm yoxsa etməyəcəyəm.

- Elton müəllim, Ziya Məmmədovun müsahibəsində sizin babanızın şeyx olması barədə söz açılmışdı. Bu həqiqətdirmi?

-  Əvvəla, mən tituluna, cəmiyyətdəki mövqeyinə, dövlətçiliyə xidmətinə görə hər bir insana yüksək qiymət verirəm. Gərək mətbuat bir insan haqda sağlam münasibət bildirsin. Ziya müəllimin ibadətlə məşğul olması haqda məlumat elə təqdim olunub ki, onu oxuyan sabah cəmiyyətə başqa cür ötürür. İlk növbədə təhqirə yol verilməməlidir. Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanun var.

-  Amma “Yeni Müsavat” Ziya müəllimin ibadət etməsini müsbət mənada təqdim edib və ictimai fiqur olduğu üçün bu qədər diqqət var...

-  Təşəkkür edirəm. İbadət Allahın hər bir müsəlmana buyurduğudur. Biz sağlam cəmiyyət formalaşmasını istəyirik. Allah məscidləri namazın sütunu adlandırıb. Əlhəmdüllah, biz də müsəlmanıq, ibadətimizi edirik. Amma onu kimsəyə bəyan eləməyə ehtiyac görmürəm. Allahın buyurduğu qədər xalqımıza xidmət edirik. Bizim istəyimiz təhlükəsiz bir cəmiyyət olsun, ölkəmiz inkişaf eləsin, dəqiq elmin tərəfdarıyıq. Mətbuatın da bu məsələdə böyük rolu var.

- Amma babanızın şeyx olmasına aydınlıq gətirmədiniz...

- Bəli, biz əfəndi nəsliyik. Böyük dini ziyalılarımız olub. O insanlar islamın yayılmasının qadağan olunduğu sovet dövründə dini çatdırmaqla məşğul olublar.
BAKU.WS