VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb.
 
BAKU.WS-in məlumatına görə, bədii gimnastımız Zöhrə Ağamirova çıxışını ikinci pillədə bitirib.

Çoxnövçülükdə gümüş medala sahib olan idmançımız ayrı-ayrı hərəkətlər üzrə finallarda da mübarizə aparacaq. 

Qeyd edək ki, Z. Ağamirovadan öncə atlet Nazim Babayev, idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında  Azərbaycan millisi və taekvondoçu Patimat Abakarova (53 kq) bürünc medal qazanıb.
BAKU.WS