VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri təyin edildikdən sonra ilk dəfə parlamentdə çıxış edib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, çıxışını müasir dövrdə aparılan informasiya müharibəsi üzərində qurub.

O, Gəncə olayları ilə bağlı həbs edilən Aydın Qurbanovun həbsxanada vəfat etməsi xəbərinə toxunub. Bildirib ki, A. Qurbanov xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib:

“Ancaq bununla bağlı 3 gündən sonra Prokurorluq və Penitensiar sistem cavab verdi. Buna vaxtında cavab verilməli idi. Burada məqsəd gəncəliləri bu və ya digər şəkildə dövlətdən küsdürmək idi. Cənab prezident bu qurumlara gen-bol şərait yaradıb. Hamısının gözəl binaları var. İstintaq orqanlarının rəhbərləri nə işlə məşğuldur? Onlar bununla bağlı açıqlama verməli idilər. Dövlət rəhbərliyi bu məsələlərlə bağlı tapşırıq vermədən hakimiyyət əleyhinə informasiya terroru aparanlara əllərindəki arqumenti böyütməyə imkan vermək olmaz”.

Spiker Oqtay Əsədov isə Z. Orucu gündəlik ətrafında danışmağa səsləyib “Nə vaxtdır ki, danışmırdın. Bilirəm, darıxırsan danışmaq üçün. Ancaq gələn dəfə gündəlik ətrafında danış”.
BAKU.WS