SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər Bakı meriyası tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə başlanılsa da, problemlər həll edilmir.

Əksinə mövcud problemlərin üstünə əlavə çətinliklər gəlir.

Bu qənaətə gəlməyimizə səbəb şəhər sakinlərinin kütləvi şikayət etməsidir.

Növbəti şikayət Bakının Nərimanov rayonundandır. Rayon sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayət edərək bildirib ki, zibil qutuları təhlükəli yerlərə qoyulub.

Belə ki, Bakının Nərimanov rayonunda Ayna Sultanovda qoyulan zibil yeşiklərinin yeri dəyişdirilib.

İcra hakimiyyətinin işçiləri zibil qutularını düz yolun ortasına qoyublar. Bu da, ərazidə yaşayanların həyatını təhlükəyə atır.

İnsanlar tullantılarını zibil qutularına atmaq üçün maşın yolunun ortasında dayanmalıdırlar. Bununla da, sürətlə keçən maşınlar insanları vura bilər.

Ərazidəki görüntüləri təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS
VİDEO