SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər Türkiyədə turistlərin ən çox maraq göstərdiyi dəniz badımcanı (deniz patlıcanı) adlanan canlısı kütləvi şəkildə ovlanır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə balıqçılar icazə olmadan bu canlını kütləvi şəkildə ovlayırlar.

Balıqçılar bu canlını ovlayaraq xaricə aparırlar. Çünki dəniz badımcanı bir çox ölkələrdə ən qiymətli təamlardan sayılır. Yüksək proteinə malik olan bu canlıdan ən çox idmançılar istifadə edirlər.

Türkiyədə 150 dollara satılan bu məhsul Çin və Yaponiyada 600 dollara satılır.

Dəniz badımcanını ovlayan balıqçılar bir gecədə 4 min dollara yaxın pul qazanırlar.
BAKU.WS
VİDEO