SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı zəvvarların Həcc ziyarətinə getməsi ilə bağlı müraciətlərin qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, bu il azərbaycanlı zəvvarların  avqustun 1-dən 6-na qədər gedişi, avqustun 21-dən 25-nə qədər isə Azərbaycana dönüşü planlaşdırılır.

Zəvvarların təyyarə ilə yola salınması nəzərdə tutulur. Artıq Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1250 nəfərə çatıb. Onu da qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Zəvvarların 8 təyyarə reysi ilə yola salınması planlaşdırılır.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin artması ilə əlaqədardır.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-dan verilən məlumatda isə deyilir ki, bu il Həcc ziyarəti zamanı siyasi, məzhəb şüarlarının səsləndirilməsinin qarşısı alınacaq. Bu barədə vəliəhd Məhəmməd bin Salmanın başçılığı ilə keçirilən Nazirlər Şurasının iclasında qərar verilib. Toplantıdan sonra yayımlanan bəyanatda zəvvarların ziyarət zamanı yalnız ibadətlə məşğul olmaları tövsiyə edilib: “Siyasi və məzhəbi danışıqlar heç bir şəkildə qəbul edilməyəcək” - deyə xəbərdarlıq edilib.
BAKU.WS